Bu ölkədə iğtişaşlara görə paytaxt dəyişidirildi


Ekvadorda yanacağın qiymətinin qalxmasından sonra başlayan etiraz aksiyası davam edir.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Prezident Lenin Moreno paytaxtın Quitodadan ölkənin cənub-qərbindəki Quayaquili liman şəhərinə köçürülməsini qərara alıb. Etirazla bağlı keçirilən mətbuat konfransında Daxili İşlər Naziri Maria Paula Coro və müdafiə naziri Osvaldo Jarrin ölkədə komendant saatının elan edildiyini və yerli əhalinin ölkəni tərk etməsini qadağan edib. 
Qeyd edək ki, 3 oktyabrdan başlayan iğtişaşlar hakimiyyətin tədbirlər görməsinə baxmayaraq daha da şiddətlənməkdə davam edir. Nümayişlərin çoxaldığı bölgələrdə yüzlərlə insan həbs edilib.
 
Şəbnəm Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top