"Sədərək" ticarət mərkəzində söküntü işləri başladı - VİDEO


Tez-tez yanğınların baş verdiyi Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində söküntü işlərinə başlanılıb.


Yeniavaz.com Bizimyol.info-ya istinadla xəbər verir ki, söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan yerdə aparılıb.

Bu ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb.

Söküntü ərazisindən hazırlanan videoreportajı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top