Tramp Suriyada terrorçularala əlbir olduqlarını etiraf edib


ABŞ prezidenti Donald Tramp dünən Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatlarla bağlı mətbuat konfransı keçirən zaman terrorçularla əlbir olduqlarını etiraf edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-dən elə PKK adı ilə bəhs edən D. Tramp Suriyada onlarla əlbir olduqlarını etiraf edib:
"Orada fərqli qruplaşmalar mövcuddur. Məsələn, PKK deyə bir qruplaşma var. Onlar bizimlə birgə hərəkət edirdilər. Bu insanlar öz torpaqları uğrunda müharibə edirlər. Obamanın prezidentliyi dövründə olduğu kimi Türkiyənin ölümcül düşməni olan PKK ilə əlbir olduğunuz zaman çox çətin vəziyyət yaranır. Onlar uzun illərdir ki, bir-birlərinə kin bəsləyirlər".
D. Tramp Suriya məsələsi ilə bağlı verdiyi qərarın arxasında olduğunu deyib və ABŞ-ın Yaxın Şərqə girməsini "ən pis xəta" kimi qiymətləndirib:
"Artıq bu sonugəlməz müharibəni bitirmənin vaxtı çatmışdı. Mənim üçün ən çətin şey, ölən bir əsgərin ailəsinə məktub yazmaqdır. Bunu bir daha etmək istəmirəm".

DİGƏR XƏBƏRLƏR

Top