2008-ci ildə Azərbaycan Mərkəzi Bankından 30 milyon oğurlayanlar kimdir?

Rusiyanın Çelyabinski vilayətində Azərbaycan Mərkəzi Bankının 43 yaşlı sabiq əməkdaşı saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, sözügedən 43 yaşlı azərbaycanlı əlbir olduğu şəxslərlə birlikdə kreditləri saxtalaşdırıb və 30 milyon rubldan çox pul mənimsəyib. Belə ki, Mərkəzi Bankın sabiq işçisi dərhal həbs olunub.
Regional Prokurorluq ekstradisiya yoxlaması keçirdikdən sonra, Rusiya Federasiyası Baş Prokurorunun müavini Milli Bankın keçmiş mütəxəssisinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə qərar qəbul edib.
Bildirilir ki, tezliklə o Azərbaycana ekstradisiya ediləcək. Belə bir cinayət törətdiyinə görə, Milli Bankın sabiq əməkdaşını 12 ilə qədər həbs cəzası gözlədiyi qeyd olunub.
Qeyd edək ki, cinayətlər 2008-ci ilin yanvar və dekabr aylarında baş verib.

DİGƏR XƏBƏRLƏR

Top