Bakıda süpürgəçini maşın vurub, öldürdü - YENİLƏNİB

Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektində qəza zamanı ölən süpürgəçinin şəxsiyyəti müəyyənləşib.

Avtoqəzada həyatını itirən şəxs Sabunçu rayon sakini, 1956-cı il təvəllüdlü Mirzəyeva Gülbacı Sənan qızıdır. (APA)


***10:32
Səhiyyə Nazirliyindən verilən məlumata görə, süpürgəçi qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

***10:15
Bakıda süpürgəçini maşın vurub.

Yeniavaz.com-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında aeroport yolunda, Olimpiya stadionunun yaxınlığında baş verib. Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan süpürgəçi qadın yolu süpürərkən onu maşın vurub.

Yaralı süpürgəçi Sabunçu rayon 3 saylı xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır.

DİGƏR XƏBƏRLƏR

Top