ABŞ-ın nüfuzlu NBC televiziyasında xəbərlər aparıcısı canlı yayımda Türkiyənin əməliyyata başlaması xəbərini verərkən studiyada gözlənilməz hadisə baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, NBC televiziya kanalının aparıcısı canlı yayımda Türkiyənin Suriyada YPG terror təşkilatına qarşı başlatdığı əməliyyatı xəbərini oxuyarkən azyaşlı uşağı studiyaya daxil olaraq anasının yanına gəlib. "Ana" deyərək gülümsəyən uşağı görən aparıcı bir anlıq özünü itirib. Daha sonra digər işçilərə işarə edərək "uşağımı götürün" deyib. Bir neçə saniyə sonra isə efirə başqa görüntülər verilib.