Ağdaşda narkomaniyanın zərərləri haqqında seminar keçirilib


Ağdaşda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İqbal Səfərova, həkim-gigiyenist Narınc Orucova, rayon icra hakimiyyəti, təhsil şöbəsi, rayon gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri, ümumtəhsil məktəblərinin, məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri  və tibb heyəti işçiləri iştirak ediblər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İqbal Səfərova ölkə rəhbəri tərəfindən uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ilə bağlı verilən qanunların icrası, keçirilən maarifləndirici tədbirlər barədə ətraflı məlumat verib.
Mərkəzin həkim-gigiyenisti Narınc Orucova isə uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin keçirilməsi, təhsil müəssisələrində su təminatın yaxşılaşdırılması, məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi,  tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə tövsiyələr verib.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Eldəniz İsmayılov qida məhsullarının istifadəsi, təhsil müəssisələrində qidalanmaya necə nəzarət edilməsi barədə çıxış edərək rayonda bu sahədə aparılan profilaktiki tədbirlərdən danışıb.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top