Bakıda Çin vətəndaşları avtoqəza zamanı xəsarət alıb.
Hadisə Qaradağ rayonunda baş verib.
"Sədərək" ticarət mərkəzinin yaxınlığında "Mercedes" markalı avtomobillə "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə "Hyundai"da olan Çin vətəndaşları - 1978-cı il təvəllüdlü Ye Qioloma Ye Şivan və 1986-cı il təvəllüdlü Dan Xioxi ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.//APA