Türkiyə Müdafiə Nazirliyi Suriyada hərbi əməliyyatlarla bağlı məlumat yaydı


Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı məlumat yayıb.

Yeniavaz.com Nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda bildirilib ki, hərbi əməliyyatlar terrorizmlə mübarizə sahəsində beynəlxalq hüquqa əsaslanaraq, Suriyanın ərazi bütövlüyünə tərəfdar olmaqla aparılmaqdadır.

“Fərat qalxanı" və "Zeytun budağı"nda olduğu kimi, bu əməliyyat zamanı da yalnız terrorçulara məxsus olan sığınacaqlar, istehkamlar, silah-sursat və hərbi texnikalar hədəfə alınacaq. Bundan başqa, mülki əhalinin, tarixi, mədəni, dini abidələrin zərər görməməsi üçün bütün lazımi diqqət göstəriləcək”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış Pınarı" adlı hərbi əməliyyatlara başlayıb.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top