Avropa İttifaqının sədri Türkiyəni Suriyada hərbi əməliyyatları dayandırmağa çağırıb


Avropa İttifaqı Türkiyəni Suriyanın şimalında hərbi əməliyyatları dayandırmağa çağırıb.

Yeniavaz.com Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker Brüsseldə Avropa parlamentinin iclasında bu çağırışla çıxış edib.

“Türkiyə bizim tərəfdaşımızdır. Biz etiraf edirik ki, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları var. Lakin mən Türkiyə və digər iştirakçıları təmkinli olmağa və hərbi əməliyyatları dayandırmağa çağırıram”, - deyə Jan-Klod Yunker bildirib.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış Pınarı" adlı hərbi əməliyyatlara başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top