Türkiyə Suriyada hərbi əməliyyatlara başladı


Son günlərdə ABŞ və Türkiyə arasında geniş müzakirələrə səbəb olan Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlar keçirməsi məsələsi nəhayət reallaşdı.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi "Twitter" səhifəsində yazıb. Onun bu sözlərindən sonra Türkiyəyə məxsus hərbi təyyarələr Suriyadakı hədəfləri bombalayıb.
R. T. Ərdoğan bildirib ki, hərbi əməliyyat "Barış Pınarı" adlanır: "Türk Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı "Barış Pınarı" adı altında hərbi əməliyyata başladı. Məqsədimiz cənub sərhədlərimizdə yaradılması nəzərdə tutulan terror dəhlizini məhv etmək və regionda sülhü bərqərar etməkdir".
Prezident qeyd edib ki, bu əməliyyatın nəticəsi olaraq Türkiyədə məskunlaşan bütün suriyalılar vətənlərinə qayıda biləcəklər: "Suriyanın ərazi bütövlüyünü qoruyacaq və hər yeri terrorçulardan təmizləyəcəyik. Əməliyyatda iştirak edən bütün mehmetciklərimizin alnından öpür, onlara və bu əməliyyatda iştirak edən hər kəsə uğurlar arzulayıram. Allah köməyiniz olsun".

DİGƏR XƏBƏRLƏR

Top