Ucarda itkin düşən ana və qızı tapılıb.
Sentyabrın 10-da rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü Samirə Azər qızı Xəlilova azyaşlı qızı, 2016-cı il təvəllüdlü Zəhra Daşqın qızı Xəlilovanı da götürərək evdən çıxmış və geri qayıtmamışdı.
İtkin kimi qeydiyata alınan ana və qızı oktyabrın 5-də yaşadıqları evə qayıdıblar. (APA)