ABŞ prezidenti Donald Tramp növbəti dəfə "Twitter"də Türkiyə haqqında yazıb.
Yeniavaz.com xəbər verir ki, bazar ertəsindən etibarən bu sosial şəbəkədə yazdığı sözlərlə iki ölkə arasındakı əlaqələri gah bulandırıb, gah duruldan ABŞ prezidentinin bu dəfəki "tvit"i Türkiyə tərəfdən çıxış etdiyini göstərir. O bildirib ki, Avropanın istəmədiyi İŞİD terrorçularını Türkiyə nəzarətə götürməlidir:
"Regionda fərqli qruplaşmalar arasında gedən müharibələr əsrlərdir davam etməkdədir. ABŞ heç vaxt Orta Şərqdə olmamalı idi. 50 əsgərimizi ərazidən çıxardıq. Avropanın istəmədiyi İŞİD terrorçularını Türkiyə mütləq nəzarətə götürməlidir. Bu mənasız və sonugəlməz müharibələr artıq bizim üçün bitdi!".
Yazıda Trampın "MÜTLƏQ" kəliməsini böyük hərflərlə yazması isə diqqətdən yayınmayıb. Bu, dünya mətbuatında, iki ölkənin bu mövzuda artıq razılığa gəlməsi kimi qiymətləndirilib.