Erməni idmançının boğduğu məşhur türkiyəli deyilmiş - VİDEO


Erməni idmançının türkiyəli rəqibini öldürməyə çalışması haqqında xəbər vermişdik.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin "Habertürk" qəzeti həmin xəbərdə adıçəkilən türkiyəli idmançı Batuhan Akdumanla əlaqə saxlayıb və məlum olub ki, məşhur idmançı da xəbəri hamı kimi mətbuatdan öyrənib. Xəbərin dünya mətbuatında belə yayılmasının səbəbi isə sözügedən görüşün təşkilatçılığını edən “Gorilla Fighting Championship” şirkətinin saxtakarlıq etməsidir. Bu barədə Batuhan Akdumanın özü deyib:
"Samaradakı təşkilat təmsilçisi vasitəsilə döyülən idmançının məşqçisini tapdım. Məşqçidən idmançının pasportunu istədim. Səkkiz saat sonra üzərində dəyişiklik edilmiş bir pasportun surətini göndərə bildilər. Pasportda U24TUR kodu vardı. Belə xəbərlərlə əlaqədar olaraq prokurorluğa müraciət etmişdim. Ordan kodun Türkmənistana aid olduğunu öyrəndim. Yəni mənim adımdan, karyeramdan istifadə edərək 20 yaşındakı türkmənistanlı bir idmançını Rafael ilə döyüşdürdülər".

Daha sonra Batuhan Akduman erməni idmançını döyüşə çağırdığını, bu döyüşün dekabrın 15-də Ermənistanda olmasına dair razılığa gəldiklərini bildirib.
Qeyd edək ki, Rafael Abrahamyan axşam saatlarında sosial şəbəkədəki hesablarını bağlayıb. İngiltərədə yaşayan məşhur bir türkiyəli təşkilatçının bu döyüşün Londonda baş tutması üçün hər iki tərəflə görüşdüyü deyilir.

DİGƏR XƏBƏRLƏR

Top