Beyləqanda döyülərək yol kənarına atılan 18 yaşlı qız xəstəxanada öldü - VİDEO

Beyləqan rayonunda döyülərək yolun kənarına koma vəziyyətində atılan Quliyeva Aygün Mehman qızı bu gün xəstəxanada dünyasını dəyişib.

Bu barədə Yeniavaz.com-a  Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov məlumat verib.

Ə. Məmmədov A. Quliyevanın kəllə-beyin travmasından öldüyünü bildirib.

Beyləqan Rayonun Polis Şöbəsindən Yeniavaz.com-a verilən məlumatda bildirilir ki, hadisəyə səbəb ilkin ehtimallara görə avtoqəzadır. Hadisənin kim tərəfindən törədildiyi hələki məlum deyil.

Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.

Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib.

Qızda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qızda komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.

 

DİGƏR XƏBƏRLƏR

Top