ABŞ tarixinin ən təhlükəli cinayətkarı bəlli oldu – 35 ildə 93 cinayət


ABŞ-da 79 yaşındakı məhkum Samuel Litlın ölkə üzrə törətdiyi 90-dan artıq cinayət faktı ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ məhkumu Samuel Litl 1970-2005-ci illər arasında ölkə daxilində əksəriyyəti qaradərili qadın olmaqla 93 nəfəri boğaraq öldürdüyünü etiraf edib. Bu etirafdan sonra Federal Tətqiqat Bürosu (FBI) araşdırmalara başlayıb.
Məhkumun etiraflarını araşdıran FBI, onun Florida, Arkansas, Kentukki, Nevada, Luizana kimi əyalətlərdə bu vaxta qədər 50 cinayət hadisəsi törətdiyini açıqlayıb.
Belə ki, əvvəllər tanınmış boks döyüşçüsü olan S.Litl qurbanlarını cəmiyyətdən kənarda qalmış narkotik alüdəçisi və problemli adamların içərisindən seçib. Onun törətdiyi cinayətlərin bir çoxu artıq dozada psixotrop maddələrdən istifadə edilməsi, qəza və ya məlum olmayan səbəblər əsas gətirilərək ört-basdır edilib. Kaliforniyadakı bir həbsxanada 2012-ci ildən bu günə qədər həbs edilmiş S.Litl bir neçə dəfə ard-arda ömürlük həbs cəzasına məhkum olunub. Məhkumun etiraflarından sonra hərəkətə keçən FBİ, S.Litlı ABŞ-ın ən təhlükəli ardıcıl cinayət törədən qatili adlandırıb.
Qeyd edək ki, S.Litldan öncə ölkə tarixində ən təhlükəli seriya qatillər olaraq, 1970-ci ildə ən az 33 uşaq və gəncin ölümünə səbəb olan John  Vayne Qesi , 1974-1978-ci illərdə 30 adamı öldürən Ted Bandy göstərilirib. Dünyada isə ən təhlükəli cinayətkar 2000-ci ildə tutulan Harold Şipmandır. O, 250 adamın ölümünə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top