Haluk Levent azərbaycanlı xərçəng xəstəsi qız üçün Bakıda konsert verəcək


Türkiyəli məşhur müğənni Haluk Leventin azərbaycanlı, limfa xərçəngindən əziyyət çəkən Surə Nadirovanın müalicə xərclərini qarşılamaq üçün Azərbaycanın dövlət rəsmilərinə müraciət etməsi haqqında xəbər vermişdik. O, Bakıda biletli konsertinin keçirilməsini və buradan gələcək gəlirlə S. Nadirovanın müalicə xərclərinin qarşılanmasını istəmişdi.
Yeniavaz.com xəbər verir ki, H. Levent bu bardə öz "Twitter" səhifəsində yenidən paylaşım edib. O bildirib ki, artıq onun bu müraciətinə cavab verilib və dekabr ayının 7-də Bakıda konserti olacaq:
"Və Azərbaycan Surə məsələsinə laqeyd yanaşmadı. Onun sağalması üçün hər qapı açıldı. Kollektivimiz 2 gün əvvəl Bakıya dəvət olundu. "Nargis Fund" xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə dekabr ayının 7-də Bakıda "Elektra Events Hall"da konserim olacaq. Bütün Azərbaycan xalqını gözləyirik. Surə xilas olacaq!"
Qeyd edək ki, konsertin təşkilatçılığını edən “Nargis” fondu qeyri-hökümət, qeyri-kommersiya təşkilatıdır. Qurum əsasən xeyriyyə aksiyaları keçirməklə aztəminatlı ailələrə, müalicə və əməliyyata ehtiyacı olan uşaqlara səhiyyə sahəsində yardım göstərməklə məşğuldur.

DİGƏR XƏBƏRLƏR

Top