Bakıda 17 yaşlı tələbə yol qəzasında öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, qəza Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, səhər saatlarında dərsə gedən tələbə, 2002-ci il təvəllüdlü Abdullayeva Solmaz Bəhruz qızını yolu keçərkən avtomobil vurub. 17 yaşlı qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Məhrumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top