Zəlzələ zamanı bu mövqedə dayanmaq həyatınızı xilas edir - FOTO


Təbiətdə böyük dağıntılara və insan itkilərinə səbəb olan təbii fəlakətlər baş verir. Onların ən təhlükəlilərindən biri də zəlzələdir. Azərbaycan ərazisində də zaman-zaman güclü zələlələr olub. Hazırda ölkəmizdə müxətlif vaxtlarda yüngül təkanlar hiss edilir.
Zəlzələ zamanı müxtəlif təhlükəsizlik tədbirləri var ki, insan həyatının xilası üçün onlara əməl edilməlidir.
Yeniavaz.com
xəbər verir ki, bu sahə üzrə mütəxəssislər zələzlə olarkən təhlükəsizlik qaydalarına uyğun davranmağın daha doğru olduğunu məsləhət görürlər.
Zəlzələ ekspetlərinin hadisə baş verən zaman necə davranmalı olduğumuza dair fikirlərini sizə təqdim edirik.
Adətən zəlzələ baş verərkən zəlzələ çantası hazırlamaq məsləhət görülmür. Çünki zəlzələ çantasının hazırlanması vaxt itikisinə səbəb olur və insanın fikrini əsas hədəfdən - xilas olmaqdan yayındırır. Zəlzələ çantasını hazırlayarkən ölüm təhlükəsi ilə üz-üzə qalırsınız.
Mütəxəssislər bildirirlər ki, dünya təcrübəsində zəlzələ zamanı masaların altına girərək xilas olmağa çalışanların heç biri sağ qalmayıb.
Onlar qeyd edirlər ki, yıxılan bir binada embirion mövqeyindən başqa heç bir alternativ xilasetmə metodu insanı ölümdən qurtarmır.
Zəlzələ zamanı evdə bərk və sınıb-dağlıma təhlükəsi daha az olan əşyaların altına, yanına embirion mövqeyində sığınmaq sizin həyatınız üçün daha təhlükəsizdir. Çünki embiron mövqeyində olarkən üzərinizə əşya 40 sm hüdürlükdən düşsə belə xəsarət alma riskiniz azalır. Bu mövqedə olarkən şüurunuz gedərsə bədəninizdə olan istilik düşmür, ürək və tənəffüs sisteminin fəaliyyəti davam edir.
Emirion mövqeyini oturaraq tətbiq eləmək lazımdır. Yəni zəlzələ olanda dizlərinizi qatlayaraq ayaqlarınızın üzərində oturub, qollarınızla başınızı tam şəkildə bağlayıb, özünüzü sabitləməlisiniz.

Zəlzələdən qorunmağın digər bir üsulu isə zəlzələ baş verdiyində olduğunuz ərazinin təhlükəsiz, dağıntıya az məruz qala biləcək yerlərinə sığınmaqdır. Ekspertlər binaların, evlərin künclərinin zəlzələ zamanı sığınacaq üçün daha etibarlı olduğunu bildirirlər.
Seysimik zonada yaşayan insanlar yaşadıqları binaların, evlərin zəlzələyə davamlılığını yoxlayaraq seçməlidirlər. Çünki binaların zəlzələyə davamlılığı çox yüksək səviyyədədirsə hadisə zamanı hərəkət etməyə ehtiyac yoxdur.
Zəlzələlərin böyük fəlakətlərə səbəb olmaması üçün evlərin, binaların, insanların fəaliyyət göstərdikləri bütün məntəqələrin zəlzələyə davamlılığını artırmaq lazımdır.
Dünyanın inkişaf etmiş ölkələrində zəlzələ zamanı böyük təlafatların olmaması üçün binaların zəlzələyə davamlılığı ən yüksək səviyyədə təmin olunur.

DİGƏR XƏBƏRLƏR

Top