5-ci mərtəbədən atılan 20 yaşlı oğlan barədə YENİ XƏBƏR


Pəncərədən atılan gəncin vəziyyəti ağır olaraq qalamqdadır.

Yeniavaz.com xəbər verir ki, bu barədə lent.az-a 1 saylı şəhər kliniki tibbi mərkəzin cərrahi-reanimasiya şöbəsindən məlumat verilib.

Şöbədən verilən məlumata görə, Əzizov Emin Vasif oğlu hələ də evə buraxılmayıb və reanimasiya aparatında vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top