Sözünə əməl etmyən şəhər merini iplə bağlayıb, küçədə sürüdülər - VİDEO


Meksikada şəhər merini iplə avtomobilə bağlayıb, küçədə sürüdülər.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, Meksikada bir qrup şəxs Las- Marqaritas bələdiyyəsinin meri Xorxe Eskandonanı iplə avtomobilə bağlayaraq, küçədə sürüyüblər. Bildirilir ki, bununla şəhər sakinləri merin işinə etiraz ediblər.
Məlumata görə, X.Eskandona  yolları düzəldəcəyinə söz versə də, o bir müddət sonra bu sözündən qaçıb.  Merin köməyinə gələn polis və əhali arasında qarşıdurma yaşanıb. Nəticədə 30 nəfər saxlanılıb, 11 nəfər isə xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top