
Türk ordusunun Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azad Suriya Ordusunun əsgərləri Azez və əl-Bab şəhərlərindən Türkiyəyə axın edirlər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq ilk hərbçilər Şanlıurfa əyalətinin Akçakale rayonuna çatıblar. Suriya Milli Ordusu adı altında birləşən hərbçilər və onların silah-sursatını daşıyan 150 zirehlidən ibarət kortec dünən gecə, yerli vaxtla saat təxminən 02:30-da əyalətə çatıblar.
Bildirilir ki, 14 min əsgər Türkiyəyə gələcək və ordunun Suriyada keçirəcəyi hərbi əməliyyatlarda hissə-hissə iştirak edəcəklər.

