Qoyun otaran gənci "tok" vurdu


Qubada qoyun otaran gənci elektrik cərəyanı vurub. 

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.

Kənd sakini, 18 yaşlı Cabir Babayev qoyun otararkən əlindəki çomağı yaxınlıqdan keçən elektrik xəttinə toxundurub.

Çomaq yaş olduğu üçün, gənc oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Hazırda faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top