Nikola Yurçeviç: "Heyətlə bağlı ciddi problemlərimiz var”


“Səfərimiz yaxşı keçdi. Amma ümumilikdə, ilk dəfədir ki, heyətlə bağlı bu qədər ciddi problemlərimiz var”.

Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis sabah Bəhreyn yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu ərəfəsində mətbuat konfransına qatılıb. N.Yurçeviç matç barədə fikirlərini açıqlayıb: “3 futbolçumuz cəzalı durumdadır, 2 futbolçumuzun zədəli olması bəlli idi, son anda isə Qara Qarayevin də zədə ucbatından sabahkı oyunu buraxacağı ilə bağlı ehtimal yüksəkdir. Bununla belə, Bəhreyn yığması ilə yoldaşlıq oyununun Macarıstan millisinə qarşı keçirəcəyimiz qarşılaşmanın qlobal mənada testi, yoxlaması olduğunu düşünmürəm. Bu oyun bəzi futbolçularımızın müxtəlif aspektlərdən nə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirmək baxımından bizim üçün vacibdir. Təbii ki, daha çox Macarıstan millisi ilə keçirəcəyimiz oyun barədə düşünürük. Hava şəraitinin, yüksək temperaturun bizim üçün problem yarada biləcəyini düşünmürəm. İndiki halda iqlim şərtləri futbolçuların xarakter göstərməsi baxımından əhəmiyyət kəsb edir. İstənilən halda, milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur. Yoldaşlıq və ya seçmə mərhələ oyunu olmasından asılı olmayaraq, milli komandanın bütün qarşılaşmaları önəmlidir”.//APA

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top