Azərbaycan yığmasının futbolçusu Fransaya buraxılmayıb


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası problemlə üzləşib.

Yığmanın futbolçusu Tural Bayramlı Fransaya buraxılmayıb.

O, Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. O, AVRO-2021-in seçmə mərhələsinin ayın 10-da baş tutacaq Fransa – Azərbaycan görüşündə iştirak edə bilməyəcək.

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.
AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T.Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.//APA
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top