İndoneziyalılara təklif - Ümrə ziyarətinə Azərbaycandan gedin

İndoneziyalı turistlərin Azərbaycana cəlb edilməsi üçün onlara təqdim edilən turpaketlər siyahısına Ümrə ziyarət paketlərinin də əlavə edilməsi təklif olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İndoneziya Respublikasının Azərbaycandakı səfirliyində Dövlət Turizm Agentliyinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən videokörpüdə deyilib.
Videokörpüdə indoneziyalı turistlərin Azərbaycan və onun görməli yerləri haqqında daha geniş məlumatlandırılması məqsədilə İndoneziyanın turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili də müzakirə olunub. 

DİGƏR XƏBƏRLƏR

Top