Bir vaxtlar Türkiyədə yayımlanan "Hayat devam ediyor" adlı serialda uşaq yaşda gəlin olmağa məcbur edilən baş qəhrəman real həyatda da özündən 48 yaş böyük kişi ilə evləndi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 32 yaşlı aktrisa Meltem Miraloğlunun 10 gün əvvəl varlı bir amerikalı ilə evləndiyi ortaya çıxıb. Biznesmenin 80 yaşlı olması isə aktrisanı sevənləri həm təəccübləndirib, həm də kədərləndirib. Çünki M. Miraloğlunun 15 yaşlı qız obrazına həyat verdiyi "Hayat devam ediyor" dizisində rejissor və ssenarist Mahsun Qırmızıgül erkən nigaha diqqəti çəkmək üçün serialda onu 70 yaşlı Abbasla "evləndirmişdi".
Serialda canlandırılan bu səhnənin həqiqətə çevrilməsi xəbərini isə türkiyəli musiqiçi Onur Akay yayıb.