Tramp "Twitter" hesabından Türkiyəyə tərif dolu sözlər yazdı


ABŞ prezidenti Donald Tramp sosial şəbəkə vasitəsilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 oktyabrda ABŞ-da qonaq edəcəyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, D.Tramp "Twitter" hesabından bir çox insanın Türkiyənin ABŞ-ın ticarət ortağı olduğunu unutduğunu söyləyib: "Türkiyə F-35-lərin polad gövdəsini hazırlayır. Türkiyə həmçinin İdlibdə bir çox insanın həyatını qurtarmağıma kömək edib. NATO-nun da vacib üzvlərindən biridir. Prezident Ərdoğan isə 13 oktyabrda Vaşinqtonda qonağım olacaq".

DİGƏR XƏBƏRLƏR

Top