Təcrübə keçən könüllülərə sertifikatlar verildi - FOTOLAR


Mingəçevir şəhər  İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Yeniavaz.com xəbər verir ki, bu məqsəd ilə  Ağstafa rayon İcra Hakimiyyəti, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulmuş, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak ediblər. Mingəçevir İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  təqdimetmə mərasimində  çıxış edərək ölkəmizdə Kölüllülük hərəkatının inkişafından söz açdı.Ölkə Prezidenti  İlham Əliyevin Könüllülük hərəkatına göstərdiyi diqqətdən də danışdı və könüllülərə qazandıqları  təcrübənin iş həyatlarında uğurla tədbiq etmələrini arzuladı.
Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Sonra könüllülərə sertifikatlar təqdim olundu,xatirə şəkili çəkdirildi.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top