Mingəçevir Polis Şöbəsi maarifləndirici tədbir keçirib - FOTOLAR


Mingəçevir 13 saylı məktəbdə Mingəçevir Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən "Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr edilmiş maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbirdə ŞPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.
Çıxış edən Mingəçevir  yol polisi bölməsinin  təbliğat və təşviqat üzrə inspektoru, Xətai Məmmədov  bildirib ki, bu cür görüşlərin keçirilməsində məqsəd şagirdləri təhlükəsizlik qaydaları ilə tanış etmək və nəticədə gələcəyimiz olan uşaqları baş verə biləcək yol qəzalarından qorumaqdır. Balacalara yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları izah olunub.
Daha sonra yol polisi əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub. Təhsil müəssisəsinin qarşısında yerləşən yolda davam edən tədbirdə, şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə tövsiyələr verilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top