Beyləqan-Kəbirli avtomobil yolunda huşsuz vəziyyətdə aşkar edilən Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, xəstədə qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib.
Hazırda xəstənin koma vəzəiyyətində olduğunu bildirən xəstəxananın baş həkimi Əli Məmmədov Yeniavaz.com-a açıqlamasında deyib: “Xəstənin ağırlıq dərəcəsini nəzərə alıb Bakı şəhərindən mütəxəssis dəvət olundu. O, da öz tövsiyyələrini verdi. Xəstənin ağırlıq dərəcəsi nəzərə alınıb Bakı şəhərəni aparılması mümkün olmadı. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Aktiv, reanimasioyon, intensiv terapiya davam etdirilir.
Xəstədə hər hansı bir cinsi və ya digər zorakılığın olduğunu demək çətindir. Bunlar müvafiq tibbi ekspertizadan və istintaq araşdırmasından sonra məlum olacaq”.
Qeyd edək ki, A Quliyevanın anası qızının oktyabrın 6-sı səhər saatlarında evdən çıxaraq qeri qayıtmadığını və bu barədə polisə mürəciət etdiyini bildirib.