Fətəli xan Xoyskidən Əli Əsədova kimi Azərbaycanın Baş nazirləri - TAM SİYAHI


Xəbər verdiyimiz kimi, bu gün Əsədov Əli Hidayət oğlu Prezident İlham Əliyevin təqdimatı və Milli Məclisin qərarı ilə Azərbaycanın yeni Baş naziri olub.
Yeniavaz.com xəbər verir ki, Əli Əsədov Azərbaycanın sayca 31-ci Baş naziri olub.
1918-20-ci  (Azərbaycan Xalq Cümhuriyyəti) və 1920-91-ci illər (Azərbaycan SSRİ) ərzində, həmçinin 1991-ci ildən sonrakı dövürlərdə (Azərbaycan Respublikası) hökumətə rəhbərlik edən şəxslərin tam siyahısını təqdim edirik:

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə Baş nazirlər:

1. Fətəli xan Xoyski (1875-1920) - 25.05.1918 -14.04.1919
2. Nəsib bəy Yusifbəyli (1881–1920) -  28.05.1919 - 30.03.1920
3. Məmmədhəsən Hacınski (1875–1931) -  30.03.1920 - 28.04.1920

Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (1922–1936) və Azərbaycan SSR (1936-1991) dövründə Baş nazirlər (Xalq Komissarları və Nazirlər Soveti sədrləri):

4. Nəriman Nərimanov (1870–1925) - 28.04.1920 - 06.05.1922
5. Qəzənfər Musabəyov (1888–1938) - 06.05.1922 - 14.03.1930
6. Dadaş Bünyadzadə (1888–1938) - 14.03.1930 - 23.10.1932
7. Mir Cəfər Bağırov (1896–1956) - 23.10.1932 - 12.12.1933
8. Hüseyn Rəhmanov (1902–1937) - 12.12.1933 - 22.08.1937
9. Teymur Quliyev (1888–1965) - 13.11.1937 - 06.04.1953
10. Mir Cəfər Bağırov (1896–1956) - 06.04.1953 - 20.07.1953
11. Teymur Quliyev (1888–1965) - 20.07.1953 - 01.03.1954
12. Sadıq Rəhimov (1914–1975) - 01.03.1954 - 08.06.1958
13. Vəli Axundov (1916–1986) - 08.06.1958 - 10.07.1959
14. Məmməd İsgəndərov (1915–1985) - 10.07.1959 - 29.12.1961
15. Ənvər Əlixanov (1917–1992) - 29.12.1961 - 10.04.1970
16. Əli İbrahimov (1913–1985) - 10.04.1970 - 22.01.1981
17. Həsən Seyidov (1932–2004) - 22.01.1981 - 27.01.1989
18. Ayaz Mütəllibov (1938–...) - 27.01.1989 - 26.01.1990
19. Həsən Həsənov (1940–...) - 26.01.1990 - 18.10.1991

Azərbaycan Respublikası (1991–...) dövründə Baş nazirlər:

20. Həsən Həsənov (1940–...) - 18.10.1991 - 04.04.1992
21. Feyruz Mustafayev (1933–2018) - 04.04.1992 - 14.05.1992
22. Rəhim Hüseynov (1936–...) -  14.05.1992 - 30.01.1993
23. Əli Məsimov (1953–...) - 05.02.1993 - 28.04.1993
24. Pənah Hüseynov (1957–...) - 28.04.1993 - 30.06.1993
25. Surət Hüseynov (1959–...) -  30.04.1993 - 07.10.1994
26. Fuad Quliyev (1941–...) - 07.10.1994 - 20.06.1996
27. Artur Rasizadə (1935–...) - 20.06.1996 - 04.08.2003
28. İlham Əliyev (1961–...) - 04.08.2003 - 04.11.2003
29. Artur Rasizadə (1935–...) -  04.11.2003 - 21.04.2018
30. Novruz Məmmədov (1947–...) - 21.04.2018 - 08.10.2019
31.  Əli Əsədov (1956–...) - 08.10.2019 - ...

DİGƏR XƏBƏRLƏR

Top