Zaxarova Türkiyəni hədələyən Tramp haqqında: "İlk ABŞ prezidentidir ki..."


ABŞ prezidenti Donald Trampın Türkiyəni hədələməsindən sonra Rusiyadan ilk açıqlama gəlib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirinin rəsmi nümayəndəsi Mariya Zaxarova D.Trampın Türkiyə ilə bağlı etdiyi açıqlamaya münasibət bildirib. O, bu barədə sosial şəbəkədə qeyd edib:
“İlk ABŞ prezidentidir ki, özündən əvvəlkilərinin etdiklərini öz adı ilə çağırmaqdan utanmır”.
Qeyd edək ki,  ABŞ prezidenti "Twitter" hesabında Türkiyə Suriyada onun müəyyənləşdirdiyi çərçivələri aşarsa, Türkiyənin iqtisadiyyatını məhv edəcəyini və əgər Suriyaya ediləcək hər hansı bir müdaxilədən əvvəl  Türkiyə səhv bir addım atarsa Türkiyə iqtisadiyyatını daha əvvəl etdiyi kimi yox edəcəyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top