BNA avtobuslarına kimlər orta və arxa qapılardan minə bilər? - AÇIQLAMA


Məlumdur ki, insanların ən çox istifadə etdikləri ictimai nəqliyyat vasitəsi şəhər daxili avtobus və metrodur. Bu nəqliyyat vasitələrində insanlar tıxacdan, avtobusların gecikməsindən eyni zamanda kart sistemi ilə işləyən avtobuslarda sıxlıq zamanı yaşlı və səhhətində problem olan şəxslərə orta və arxan qapıdan minib-düşməyə icazə verilməməsindən şikayət edirlər. Belə hallarda bəzi sürücülər yaşlılara orta qapıdan minib-düşməyə icazə versələr də bəziləri sərnişinlərə kobud davranaraq belə bir şərait yaratmırlar. Bəs bu kimi hallarda kimlərə qarşı güzəştə gediməlidir? 
Məsələ ilə bağlı sualımızı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevə ünvanladıq.
O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, sərnişinlə kobud davranan sürücü barəsində hər zaman tədbir görülür:
“Sürücü sərnişinlə kobud davrana bilməz, belə olduqda mütləq həmin sürücü ilə bağlı tədbir görülür. Orta və arxa qapıdan düşmək məsələsində isə, yalnız əlil arabası və uşaq arabası ilə olan şəxslərə icazə verilməlidir. Digər hallarda isə icazə veriməməlidir. Avtobus hər gün istifadə olunan nəqliyyat vasitəsidir və burda müəyyən olunan qaydalar hamı üçün eynidir, hər kəs də bu qaydalara əməl etməlidir. Ön qapıdan minib, orta və arxa qapılardan düşmək lazımdır. Əgər hər hansı bir yaşlı qadın, kişi və ya səhhətində problem  olan bir şəxs avtobusa ön qapıdan minərsə onlara oturmaq üçün yer verilir. İstisnalar uşaq və əlil arabası olanlar üçündür”.
M.Ağayev pik saatlarda avtobuslarda baş verən sıxlıqlarla bağlı da münasibət bildirib. O, saytımıza açıqlamasında qeyd etdi ki, pik saatlarda xəttə əlavə 1-2 avtobus burxlır:
“Pik saatlarda avtobuslardakı gecikmələr yollardakı vəziyyətlə bağlıdır. Əgər bizim yollarımızda nəqliyyat vasitələrin çoxluğundan sıxlıq yaranırsa, belə hallarda xəttə əlavə 1-2 avtobusta buraxılır. Sadəcə problem bundan ibarətdir ki, avtobuslar da digər nəqliyyat vasitələri kimi yerüstü nəqliyyat vasitələridir. Yollarda olan sıxlıq bu gecikmələrə səbəb olur. Bir xəttə istər 20, istərsə də 40 avtobus buraxaq bu zaman onlar yenə də gedib o sıxlıqda qalacaqlar. Məsələ avtobus sayı deyil, yollardakı problemdir”.
Bundan əlavə, uzun zamandır BNA avtobuslarında adı hallanan və hələ də istifadəyə verilməyən “WİFİ” haqqında da sualımıza cavab verən M.Ağayev ilk növbədə əsas məqsədlərinin "BakıKart"ın əhatə dairəsinin genişləndirməkdən ibarət olduğunu qeyd etdi:
“Bizim bu dəqiqə əsas məqsədimiz "BakıKart"ın əhatə dairəsini genişləndirmək, bütün xətləri karta keçitmək və avtobus parkın yenilənməsidir. Ondan sonra isə bu cür texnologiyaların tətbiqi mümükün olacaq”.
 
İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top