Məhbus polis maşınını sürüb qaçdı - ANBAAN VİDEO


Türkiyədə polisin diqqətsizliyini fürsətə çevirən məhbus hadisə yerindən qaçıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, avtomobildə şübhəli şəxs aparan polislər yolda hərəkət edən avtomobili saxlayıblar. Həmin vaxt sürücü aşağı enmək istəməyib. Xidməti avtomobildən enən polislər sürücünü kobud şəkildə yerə yatıraraq axtarış aparmaq istəyiblər. Bu vaxt polis avtomobilində olan digər şübhəli, polislərin başlarının qarışdığını görüb film səhnələrini xatırladan addım atıb. O, rahat şəkildə avtomobildən enərək sükan arxasına keçib və polis maşınını sürərək hadisə yerindən qaçıb. Bunu görən polislər bir müddət avtomobilin arxasınca qaçsalar da şübhəli gözdən itib. Həmin anlar saniyə-saniyə saxladıqları digər avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top