Serbiya prezidenti jurnalistin Ərdoğana verdiyi sualını yarıda kəsdi - SƏBƏB - VİDEO


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Serbiya prezidenti Aleksandr Vucic ilə keçirdiyi mətbuat konfransında jurnalistin sualı mübahisəyə səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə və Serbiya prezidentlərinin görüşündə jurnalist Ərdoğana mübahisəli sual verib. Jurnalist bildirib ki, Türkiyənin Kosovonu dövlət kimi tanıması Serbiya-Türkiyə münasibətlərinə xələl gətirir. Mətbuat işçiləri Ərdoğanın cavabını gözləyərkən Serbiya prezidenti Vucic jurnalisti tənqid edib:
"Biz burada Türkiyəyə dərs verə bilmərik. Ev sahibi olaraq sizdən rica edirəm, qonağımızla yaxşı davranaq. Əks təqdirdə özümüzü də, qonağımızı da incitmiş olarıq".  

DİGƏR XƏBƏRLƏR

Top