Bakıda DƏHŞƏT - Qadın və qızı qaynı tərəfindən beysbol dəyənəyi ilə döyüldü


Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi qeydə alınıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top