Azərbaycanın yeni Baş Naziri seçildi - Milli Məclis təsdiqlədi​

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Plenar iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. O deyib ki, Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.
Sonra iclasda məsələ ilə bağlı çıxışlar olub. Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndirib, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul olunub.


***09:41
Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.


Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib.

Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.

DİGƏR XƏBƏRLƏR

Top