Vergilər Nazirliyinin vəzifəli şəxsi işdən çıxarıldı

Vergilər Nazirliyində kadr dəyişikliyi olub. 

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyov vəzifəsindən azad edilib.

İlkin məlumata görə, o, icra etdiyi vəzifədən öz istəyi ilə ayrılıb.

Hazırda Nazirliyin Tədris Mərkəzinin rəis vəzifəsinin icrası müvəqqəti olaraq onun müavininə tapşırılıb. 

Onun daha yüksək vəzifəyə təyinat aldığı deyilir.

DİGƏR XƏBƏRLƏR

Top