Güclü külək Mingəçevirdə fəsad törədib


Dünən Respublika ərazisində qeydə alınan güclü külək Mingəçevirdə fəsad törədib.
Yeniavaz.com xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi 15 ünvanında yerləşən məhəllələrin birində çinar ağacının iri budaqları sınaraq burada olan mərasim mağarını qazla təmin edən borunun və mağarın üzərinə düşüb.
Nəticədə mərasim mağarına ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, orada yaşayan sakinlərin dediyinə görə oxşar hadisə son bir neçə ayda artıq 5-ci dəfədir baş verir.
Onlar məhəllədəki ağacların tamamilə kəsilməsi və budanması üçün şəhərin aidiyyati qurumlarına müraciət etdiklərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top