Murad Dadaşovun qalmaqallı “neft açıqlaması”na aydınlıq gətirildi - VİDEO


Xalq artisti, şoumen Murad Dadaşovun tanınmış aparıcı Murad Arifin "Popumuz var" verilişində dediyi “neft dövlətindir” sözləri neçə gündür sosial şəbəkələrdə müzakirə olunur. Böyük əksəriyyət Murad Dadaşovu  tənqid atəşinə tutur, onu hakimiyyətə yarınmaqda ittiham edir, neftin xalqa məxsus olduğunu vurğulayır.


Murad Dadaşov isə hələ ki qalmaqal doğuran “Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər. keç önə” fikirlərinə aydınlıq gətirməyib.  

Yeniavaz.com xəbər verir ki, "Popumuz var" layihəsinin rəhbəri Murad Arif xalq artistinin müdafiəsinə qalxıb.

O,bununla bağlı sosial şəbəkədə yazıb:

“Verilişə baxmadan, 1 fraqment üzərində rəy quranlar üçün, proqram “Youtub”dadır. Aşağıda yazdıqlarımı yoxlamaq olar.

Adam kapitalizm və sosializm dəyərlərinin fərqindən danışırdı...
Murad deməyib ki, "Xalqın deyil"!
Murad müsahibədə deyir ki, "SƏN" yatırsan, "FİLANKƏS" yatmır, işləyir, qazanır. "SƏN" nə etmisən?
"SƏNİN DEYİL" dedikdə, Xalqı demir, öncə bəhs etdiyi "işləməyən, tüfeyli bir adamı", həmin "SƏN"i nəzərdə tutur. Bu kapitalizmdır, deyir...

DÖVLƏT XALQ DEYİLMİ? Nəzəri olaraq, Xalqa xidmət edən qurum deyilmi?
Heç bu söhbətdə neftçilərdən, zəhmətkeşlərdən danışılırmı?

Murad müsahibələrində məmur özbaşıbalığını, korrupsiyanı, insanlarla kontaktın olmamasını, adamların küsdürülməsini, incidilməsini, qapalı, konservativ medianı da yetərincə tənqid edən adamdır.

Ayrı vaxt bulling sözü avatarınızdan düşmür. İndi bir cümləni, bütün müsahibədən QOPARIB, adamı söyüş mənbəyinə çevirməyiniz nədir?

Təbii sərvətlər Xalqa məxsus, xalqa aiddir. Dövləti də Xalqdan ayırmaq olmaz.
DÖVLƏT XALQINDIR!”

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top