Etibar Mirzəyev: "Binə"də yanğın 2000-3000 kv.m ərazini əhatə edib"


Yanğının qarşısı alınıb. Hazırda ərazidə soyutma işləri aparılır.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Binə" ticarət mərkəzində baş vermiş yanğınla bağlı jurnalistlərə müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, hadisənin baş verməsinin dəqiq səbəbləri bilinmir. O, həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın hesablanacağını da bildirib. İlkin ehtimala görə, yanğın təxminən 2000-3000 kv.m ərazini əhatə edib.

DİGƏR XƏBƏRLƏR

Top