Teymur Rəcəbov Prezidentə və birinci xanıma təşəkkür edib - FOTO

Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov qələbə münasibətilə onu təbrik edən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Qrossmeyster sosial şəbəkədə yazdığı təşəkkür mesajında bildirir: 

“Xoş sözlərə və bu uğurumdan ötrü məni təbrik etdiklərinə görə Cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim oyunum və bu qələbəm həmvətənlərimi qürurlandırmaq və onlara ağlasığmaz olanın belə mümkünlüyünü göstərməkdən başqa bir şey deyil”.

DİGƏR XƏBƏRLƏR

Top