Dörd nəfərin xəsarət aldığı qəzanın səbəbi və yaralıların kimliyi məlum olub


Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınan qəzanın bəzi təfərrüatları və qəzada yaralanan şəxslərin kimliyi məlum olub.

Qəzaya düşən avtomobil taksi fəaliyyəti ilə məşğul olurmuş. Qəzanın səbəbinə gəlincə, hava limanı yolunda hərəkətdə olan avtomobil idarəetməni itirib və yol kənarındakı dirəyə çırpılıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Baxışəliyev Fərid Məharət oğlu, 2005-ci il təvəllüdlü Həsənov Mehdi Zaur oğlu, 1984-cü il təvəllüdlü Mehdiyev Rövşən Habil oğlu, 1999-cu il təvəllüdlü İsmayıl adlı şəxs yaralanıb.

Onlar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

B. Fəridə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin cırılmış yarası, digər yaralılara isə kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. //Report

DİGƏR XƏBƏRLƏR

Top