Tanınmış aparıcı televiziyada direktor müavini oldu -

Tanınmış telejurnalist, aparıcı Bəhruz Niftəliyev “Mədəniyyət” kanalında direktor müavini vəzifəsinə təyin olunub.

Bu barədə jurnalist özü məlumat verib.

B.Niftəliyev bu təyinatın onun üçün gözlənilməz olduğunu bildirib:

“Bu xəbər mənim üçün gözlənilməz oldu. Gəncləşən və inkişaf edən Azərbaycan televiziyasında belə bir vəzifənin mənə həvalə olunması qürurvericidir. Məni bu vəzifəyə layiq gördüyü üçün rəhbərliyə təşəkkür edirəm”.

Qeyd edək ki, Bəhruz Niftəliyev bundan əvvəl AzTV-də müxbir, redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ölkəmizi müxtəlif beynəlxalq elmi konfranslarda təmsil edib. O, əməkdar jurnalist Flora Xəlilzadənin oğludur. kult.az

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top