Məşhur azərbaycanlı bloger avtoşluq etdi - Polis işə qarışdı + VİDEO


Sosial şəbəkələrdə Rusiyanın Samara şəhərində yollarda şütüyən bahalı inomarkalan ibarət kortej ajiotaja səbəb olub.

Kortejdə diqqət çəkən avtomobil isə qırmızı rəngli “Gelandewagen” markalı avtomobil olub.
Sözügedən avtomobilin Rusiyanın məşhur azərbaycanlı bloggeri Hüseyn Həsənova məxsus olduğu müəyyənləşib. Belə ki, o, Samarada fanları ilə görüşə gedirmiş.
Videokadrlarda maşınların sürətli şəkildə bir-birini təqib etməsi, zolaqların üstündən keçməsi görünür. Bu insident Samara sakinlərinin tənqid və qınağı ilə nəticələnib.
Baş vermiş qalmaqal fonunda Rusiya Daxili İşlər Nazirliyinin Samara bölgəsindəki Baş İdarəsi Həsənovun və dostlarının Samara şəhərinin mərkəzindəki  avtoşluğu ilə bağlı yoxlama aparmağa başlayıb.
“Samara şəhərinin Voljskiy prospektində yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulması barədə sosial şəbəkələrdə yayılmış görüntü ilə əlaqədar polis əməkdaşları yoxlama aparır. Yoxlama nəticəsinə əsasən, qanunauyğun bir qərar veriləcək”, -deyə qurumdan bildirilib.
Qeyd edək ki, H. Həsənov Azərbaycan və Rusiyada geniş tamaşaçı kütləsinə malikdir. Onun instaqram izləyicilərinin sayı artıq 12 milyon nəfərə çatır. 

qafqazinfo
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top