Tanınmış hüquqşünas Azərbaycanda məşhur bankın iflas etdiyi xəbərini təsdiqlədi


“Atabank” artıq iflas mərhələsindədir. 
Bu gün səhər bankın artıq tamamilə çökməsi barədə məlumatlar yayılmağa başladı, insanlar banka əmanət qoyan dost-tanışına zəng edərək, qoyulan əmanətləri mümkün qədər tez bir zamanda geri götürmələri haqda xəbərdarlıq ediblər. Bəlkə də bu artıq gecdir.
Bankın vəkili Əkrəm Həsənov bankdakı iflası təsdiqləyib: "Bəli, eşitdikləriniz həqiqətdir".
Onun sözlərinə görə, bank kreditlərlə bağlı problemlər aşkar edib. Ancaq bunlar heç də prezident İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində həllini tapan problemli kreditlər deyil. “Atabank “da söhbət daha çox cinayət xarakterli əməllərdən gedə bilər. Burada milyonlarla manat dəyərində kreditlər verilib və geri qayıtmayıb, ancaq bu, adi vətəndaşlara verilməyib. Və bu cinayət işində Ə. Həsənovun qeyd etdiyi kimi, çox yüksək vəzifəli şəxslər iştirak edir.
Xatırladaq ki, mətbuatda “Atabank”ın keçmiş vergilər naziri Fazil Məmmədova bağlı olduğu barədə məlumatlar yayılıb. (haqqin.az)

DİGƏR XƏBƏRLƏR

Top