XİN rəhbərlərinin görüş vaxtı bilindi


Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı bilinib.

Yeniavaz.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının növbəti üçtərəfli görüşü oktyabrın 16–da Tbilisi şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşü ötən ilin oktyabr ayında İstanbulda baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top