Azərbaycanda mikrofonla azan oxunması qadağan edilib? - AÇIQLAMA


Türkiyə mediasında Azərbaycanda mikrofonla azan oxunmasının qadağan edildiyinə dair məlumatlar yayılıb. Təəssüf ki, sözügedən məsələ uzun illər əvvəl gündəmdə olub və ləğv edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Türkiyə mediasında yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Bu məsələnin doğru olub-olmadığını bilmək üçün azan saatlarında məscid yaxınlığında olmaq kifayət edir. 10 il bundan qabaq ortaya atılan və qarşısı alınan bir məsələni yeni tarixlə yayımlayıblar”.

Xatırladaq ki, sözügedən məsələ 2000-ci illərdə geniş müzakirələrə səbəb olsa da, qarşısı alınmışdı. Belə ki, 10 il bundan əvvəl Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat xidməti vəzifəsində Akif Ağayev adlı şəxs çalışıb. Bu məlumatlar da təxminən onun katibliyi dövrünə təsadüf edib.

A.Ağayev isə 2008-ci ildə vəfat edib. O vaxt yerli sakinlərin narazılığı səbəbindən gündəmə gələn məsələ Şeyxin ölkə başçısı ilə danışıqlarından sonra aradan qaldırılıb. Belə bir iddianın qarşısı alınıb. 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top