Bakıda arvadı intihar edən kişi cinayət məsuliyyətinə cəlb edilib


Bakıda intihar edən qadının əri cinayət məsuliyyətinə cəlb edilib. 
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Bakı şəhər sakini Leyla Umudovanın özünə qəsd etməsi faktı ilə əlaqədar onun həyat yoldaşı Dilqəm Umudov barəsində Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Başlanmış cinayət işinin ibtidai istintaqı başa çatdırılaraq baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fərid Əmirəliyevin icraatına verilib.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top